Təhsil nazirliyinin sektor müdiri vəfat etdi
Bizi izləyin

Hadisə

Təhsil nazirliyinin sektor müdiri vəfat etdi

Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumat verib. O, sosial şəbəkədə paylaşım edərək Sülhəddin Gözəlovun ağır xəstəlikdən sonra vəfat etdiyini deyib:

"Yaxşı insanları itirmək çox ağırdır. Belə insanlardan biri səmimiyyəti, insanlığı, yüksək peşəkarlığı ilə örnək olan, təhsil sistemində özünəməxsus hörməti ilə hamının sevgisini qazanmış Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru, dosent Sülhəddin Gözəlov ağır xəstəlikdən sonra vəfat etmişdir. Allah rəhmət etsin!"

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm