Prokuror İctimai Birliyin sədrinə və müavininə cəza istədi
Bizi izləyin

Hadisə

Prokuror İctimai Birliyin sədrinə və müavininə cəza istədi

Azərbaycan və Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və onun müavini, 1961-ci il doğumlu Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Məhəmməd Vəliyevin və Cavan Əhmədovun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinməsini istəyib. Prokuror hər iki təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini, onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini və cəzalarının 2 il sınaq müddəti olmaqla şərti hesab edilməsini istəyib.

Növbəti proses mayın 23-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə, rüşvət almaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunurlar. Onlardan şikayət edən zərərçəkmişlər də veteranlardır. Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm