Sumqayıtda BƏDBƏXT HADİSƏ: usta 4-cü mərtəbədən yıxıldı
Bizi izləyin

Hadisə

Sumqayıtda BƏDBƏXT HADİSƏ: usta 4-cü mərtəbədən yıxıldı

Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.

"Report"un məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm