Mingəçevirdə avtobus traktorla toqquşdu
Bizi izləyin

Hadisə

Mingəçevirdə avtobus traktorla toqquşdu

Mingəçevir şəhərində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyevprospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyeva və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm