Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 212 cinayət faktı qeydə alınıb, onların da 47-i “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm