Tələbənin intiharı ilə bağlı TƏFƏRRÜAT: Ayaqyalın... - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Tələbənin intiharı ilə bağlı TƏFƏRRÜAT: Ayaqyalın... - FOTO - (YENİLƏNDİ)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin müdiri Bəhruz Nəzərov Publika.az-a açıqlamasında bildirib ki, intihar edən tələbə Ramiz Şahmalıyevin dərslərində heç bir problemi olmayıb:

“Ramiz Şahmalıyev universitetin Neft-qaz-mədən fakültəsinin 4-cü kurs tələbəsi olub. Universitetə 565 balla daxil olub. I-II kurslarda dərslərində nəticələri yüksək olub. Yalnız 4-cü kursa keçəndə o, bir illik akademik məzuniyyət götürüb. Bu ildən isə təhsilini 4-cü kursda davam etdirib. Qış imtahan sessiyasında nəticələri yaxşı olub, imtahandan akademik borcu qalmayıb. Hazırda dördüncü kurs tələbələri diplom işləri üzərində işləyirlər. Ramil Şahmalıyev də diplom işinin müdafiəsinə hazırlaşırdı. Təhsil aldığı fakültənin dekanı ilə əlaqə saxladıq, Ramilin hər zaman çalışqan tələbə olduğunu dedi. Lakin ailəsindən əldə etdiyimiz məlumata görə, onun psixoloji problemləri olub. Hətta bəzən ayaqyalın evdən çıxıb gedirmiş. Onun intiharı da psixoloji problemləri ilə əlaqələndirilir”.

***

Bakıda intihar edən gəncin tələbə olduğu məlum olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub. (report)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm