Gömrükçülər Azərbaycana narkotik keçirilməsinin qarşısını aldı
Bizi izləyin

Hadisə

Gömrükçülər Azərbaycana narkotik keçirilməsinin qarşısını aldı

Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb.

Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm