Prokuror dələduzluqda ittiham olunan iş adamlarına cəza istədi
Bizi izləyin

Hadisə

Prokuror dələduzluqda ittiham olunan iş adamlarına cəza istədi

Bakıda külli miqdarda dələduzluqda təqsirli bilinən iş adamı Rasim Cəfərquliyev və Kərim Əhədin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə prokuror Sabir Abdinov çıxış edib.

O, hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər. Növbəti proses iyunun 30-da davam edəcək.

İttihama görə, Rasim Cəfərquliyev “Sevimli dad”, “Min bərəkət” kimi kolbasa və sosiska satışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satıb. Bu işdə tanışı Kərim Əhəd də ona kömək edib.

Rasim Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib. Belə ki, qoyulan depozitlərlə alınan məhsullar satıldıqdan sonra digər şəxslər də gəlirdən qazanc götürəcəyinə söz verib.

Amma işlər düz gətirməyib və Rasim Cəfərquliyev aldığı pulları geri qayatara bilməyib. Bu səbəbdən də depozit olaraq Rasim Cəfərquliyevə pul verən şəxslər ondan şikayət ediblər.

İş üzrə zərərçəkmiş ikisi “Royal Bank”ın filial müdiri olublar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm