Dələduzluq edən iş adamı məhkəmə zalında həbs edildi
Bizi izləyin

Hadisə

Dələduzluq edən iş adamı məhkəmə zalında həbs edildi

Bakıda küllü miqdarda dələduzluqda təqsirləndirilən Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Kahin Gərayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib, o, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Bakı şəhər sakini Kahin Gərayevin “Arazavia” şirkətinə məxsus Binə ticarət mərkəzində “şuba” dükanları olub. O, iş qurmaq adı ilə tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm