Bakıda GÜCLÜ PARTLAYIŞDA ölən və yaralananların adları bəlli oldu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda GÜCLÜ PARTLAYIŞDA ölən və yaralananların adları bəlli oldu - (YENİLƏNDİ)

Partlayışda ölənlərin kimliyi müəyyənləşib.

Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə nəticəsində İbrahimova Möminə Rəhim qızı (40-44 yaş)və Sahabov Zöhrab (50 yaş) yanaraq ölüblər.

Hər iksinin meyiti morqa aparılıb.

İbrahimov Natiq Zahid oğlu (44 yaş) və İbrahimova Şəkər Xosrov qızı (53 yaş) ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

***

Partlayış nəticəsində mərkəzə yerləşdirilən xəstələrin vəziyyəti ağırdır.

Bu barədə Publika.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib.

Baş həkim bildirib ki, xəstələrin bədəni bütöv yanıb: “Onlara bədənin 95-100 faiz yanıq diaqnozu qoyulub. Həmin şəxslərə ilkin yardım göstərilir. Lakin onların sağ qalma ehtimalı çox azdır”.

***

Publika.az-ın hadisə yerinə olan əməkdaşı bildirib ki, ölənlərdən biri qadındır.

Kafe işçilərinin verdiyi məlumata görə, ölən qadın kafe sahibinin qardaşı arvadı olub.

Partlayışın kafedə qaz balonunun partlaması səbəbindən baş verdiyi ehtimal edilir.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Publika.az-a bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb: "2 nəfər isə ağır yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Respublika Yanıq Mərkəzinə aparılıb. Vəziyyətləri ağır qiymətləndirilir"

***

Bakıda kafedə partlayış olub, xəsarət alanlar var.

Hadisə Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.

Hazırda yaralılar təcili yardımla xəstəxanaya aparılır. (report)

Gülxar

Könül

Foto Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm