“Azərbaycandan bu barədə rəsmi informasiya almamışıq” – Rusiya səfirliyi
Bizi izləyin

Hadisə

“Azərbaycandan bu barədə rəsmi informasiya almamışıq” – Rusiya səfirliyi

Rusiyanın Azərbaycandakı səfirliyi kibercinayətkarlığa görə həbs olunan Rusiya vətəndaşı Lunin Pavel Sergeyeviç barədə rəsmi informasiya almayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda səfirliyin mətbuat attaşesi Denis Apaşkin bildirib.

“Biz Azərbaycan tərəfindən heç bir rəsmi informasiyaya almamışıq”, - Apaşkin deyib.

Qeyd edək ki, Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm