Gəncədə CİNAYƏT: 45 yaşlı kişi boynundan bıçaqlandı
Bizi izləyin

Hadisə

Gəncədə CİNAYƏT: 45 yaşlı kişi boynundan bıçaqlandı

Gəncədə bıçaqlanma olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Həmin küçədə yaşayan 1973-cü il təvəllüdlü Bağırov Yaşar İsa oğlu mübahisə zəminində boyun nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm