Yevlaxda dəmiryol stansiyasında qəza
Bizi izləyin

Hadisə

Yevlaxda dəmiryol stansiyasında qəza

Yevlax rayonunda avtomobil və teplovozun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Salahlı kəndində, teplovoz gələn zaman minik avtomobilinin dəmir yolu xəttini keçmək istədiyi zaman olub.

Nəticədə teplovoz yolun mühafizə olunmayan hissəsindəki keçiddə 1983-cü il təvəllüdlü Elgün Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşın yararsız vəziyyətə düşüb, həmçinin teplovoza da xeyli ziyan dəyib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm