Gədəbəydə qətl törədən şəxs tutuldu - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Gədəbəydə qətl törədən şəxs tutuldu - YENİLƏNDİ

Gədəbəydə qətl törədən gənc saxlanılıb.

APA-nın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən rayonun Kiçik Qaramurad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədəli Şakir oğlu Cəfərli tutulub.

Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəydə bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın məlumatına görə, ötən axşam xəstəxanaya yerləşdirilən rayonun Böyük Qaramurad kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

E.Quliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Gədəbəydə bıçaqlanma olub.

Hadisə rayonun Böyük Qaramurad kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu bıçaqlanaraq yolun kənarında uzanmış vəziyyətdə aşkarlanıb. O əvvəlcə Gədəbəy rayon Mərkəzi xəstəxanaya, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir. E. Quliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm