Mingəçevirdə yaşlı qadını maşın vurdu
Bizi izləyin

Hadisə

Mingəçevirdə yaşlı qadını maşın vurdu

Mingəçevir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

1952-ci il təvəllüdlü şəhər sakini Məmmədova Tamella Nəsib qızı Şəfa bağ massivində yolu keçən zaman “VAZ-2107” markalı maşın tərəfindən vurulub.

Qəza piyadanın ehtiyatsızlığı səbəbindən baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm