Astarada iki maşın toqquşdu - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Astarada iki maşın toqquşdu - Xəsarət alan var

Astarada yol qəzası olub, bir nəfər yaralanıb. Hadisə rayonun Şüvü kəndində qeydə alınıb.

Qəza zamanı iki "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri, Şüvü kənd sakini, 1982-ci il təvəllüdlü Siya Qurbanəli oğlu Mahmudov xəsarət alıb. O, ətrafdakı insanların köməkliyi ilə əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan oradan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm