Nabranda qətl törətmiş şəxs tutuldu - RƏSMİ
Bizi izləyin

Hadisə

Nabranda qətl törətmiş şəxs tutuldu - RƏSMİ

Xaçmaz rayonunda istirahət mərkəzində qətl törətmiş şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir ki, iyulun 7-də Xaçmaz rayonunun Günəşli kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində Biləsuvar rayon sakini Ramil Abbaslı aralarında yaranmış münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla Xaçmaz şəhər sakini Famil Məmmədovu qətlə yetirib.

Rayon Polis şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Abbaslı şübhəli şəxs qismində tutulub.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm