Arılar təyyarəyə hücum çəkdi - FOTOLAR
Bizi izləyin

Hadisə

Arılar təyyarəyə hücum çəkdi - FOTOLAR

Rusiyanın “Vnukovo” hava limanında arı sürüsü təyyarəyə hücum edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, arılar təyyarənin sol qanadını və bir neçə illüminatoru əhatə edib.

Xoşbəxtlikdən heç bir arı təyyarənin içərisinə daxil ola bilməyib və heç kim xəsarət almayıb.

Bununla belə, həşəratlara görə təyyarənin uçuşu bir neçə dəqiqə ləngiyib. Rusiyanın kənd təsərrüfatı mütəxəssislərinin verdiyi məlumata görə arılar sakitliyi sevdiyi üçün təyyarənin motorunun səsinə gələrək hava nəqliyyatına hücum çəkiblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm