Avtobusla "07" toqquşdu - FOTO
Bizi izləyin

Hadisə

Avtobusla "07" toqquşdu - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az-ın Kəpəz TV-yə isitinadən verdiyi məlumata görə, qəza saat 21:30 radələrində şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib. İçərisində sərnişinlər olan İSUZU markalı avtobusla “VAZ 2107” markalı minik maşını toqquşub.

Nəticədə VAZ markalı avtomobilin sürücüsü, 28 yaşlı Xaliq Yusifov xəsarət alıb və Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının ilkin rəyinə əsasən, qəzaya “VAZ 2107”-nin avtobusun yoluna çıxması səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm