Yediyi şokoladdan böcək çıxıb dilini dişlədi - FOTO
Bizi izləyin

Hadisə

Yediyi şokoladdan böcək çıxıb dilini dişlədi - FOTO

Türkiyənin Antalya şəhərində dərman şirkətində çalışan Ömər Altınbaşın yediyi şokoladdan çıxan böcək onun dilini dişləyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, şirkət barəsində məhkəməyə şikayət edib.

Dünən balaca qızına şokolad alan Ömər Altınbaş evdə onu əvvəlcə özü yemək istəyib. Şokoladı dişləyən kimi dilində ağrı hiss edən Altınbaş ağzında böcəyin olduğunu fərq edib.

Altınbaş şirkət səlahiyyətlilərinin üzr məqsədilə 5 paket şokolad gətirməsindən qəzəblənib: “O şokoladı qızım da dişləyə bilərdi, xoşbəxtlikdən ilk olaraq mən yedim. Şokaladın içindəki böcək zəhərli də ola bilərdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm