Hadisə
26 nəfəri gün vurdu, 34-nü ilan sancdı
Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən bu günədək Bakı Şəhər Təcili Tibbi Yardıma 26 nəfər günvurma diaqnozu ilə müraciət edib.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət etmiş şəxslərdən 8-nə orta dərəcəli günvurma diaqnozu qoyulub və stasionara yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilib və evlərinə buraxılıb.
Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət etmiş vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Həkimlər günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamamağı, qoruyucu vasitələrdən istifadə etməyi və çoxlu sərin maye qəbul etmək tövsiyə edir. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.
May ayından etibarən bu günə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 34 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib. İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.
Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 4 nəfər müraciət edib. Müraciət edənlərin hər birini xilas etmək mümkün olub.
Gülxar
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi