Hadisə
Bakıda dəhşət: 13 yaşlı qızını zorlayan manyak ata həbs olundu
Paytaxtda seksual manyak həbs edilib.
Publika.az movqe.az-a istinadən xəbər verir ki, xeyli
müddətdir 13 yaşlı qızını və həyətdəki ev heyvanlarını zorlayan
Babək rayon Nehrəm kənd sakini, Sabunçu rayonu Bakıxanov
qəsəbəsində yaşayan Mirzəliyev Malik Cəfər oğlu Sabunçu rayon 12
saylı polis bölməsinin əməkdaşları tərəfindən həbs olunub.
Məlumata görə, seksual manyak olan Malik Mirzəliyev dəfələrlə
"atası” tərəfindən zorlanan 13 yaşlı M.M-nın (adı şərtidir)
şikayəti əsasında həbs olunub: "Bu hadisə ilə bağlı 13 yaşlı qız
qardaşı ilə birgə hüquq-mühafizə orqanına şikayət edib. Onların
verdiyi ifadə zamanı bəlli olub ki, M. Mirzəyev 2005-ci ildən öz
doğma qızı ilə təbii yolla cinsi əlaqədə olub. M. Mirzəyevin
şəhvət, ehtiras hissi bununla da bitməyib. Ata adına ləkə olan
seksual manyak həyətdəki ev quşlarını da dəfələrlə zorlayırmış. Bu
hərəkətləri barədə heç kəsə bir kəlmə belə deməməsi üçün M.
Mirzəyev zorladığı qızını anasını döyməsi ilə təhdid
edirmiş.
Hadisəni uzun müddət ailə üzvlərindən gizlətmək məcburiyyətində
qalan qızcığaz iki dəfə də öz doğma "ata”sından hamilə qalıbmış. M.
Mirzəyev qızının arzuolunmaz hamiləliyini pozmaq, onu zorladığının
üstünün açılmaması üçün ona hamiləliyi pozan həblər verməklə çirkin
niyyətini həyata keçirib. Mütəmadi olaraq "ata”sı tərəfindən
zorlanan qızcığaz, nəhayət ki, başına gələnləri ortancıl qardaşına
danışıb. Qardaşı bacısını götürərək Sabunçu rayonu 12 saylı polis
bölməsinə şikayət edib. Bu şikayətdən sonra qızın zorlanmaya məruz
qaldığını təsdiqləyən hüquq-mühafizə orqanları seksual manyakı həbs
ediblər.
Məlumata görə, istintaq zamanı, seksual manyakın öz həyat yoldaşını da tez-tez döydüyü məlum olub. Və qızını da zorlayarkən bu barədə ailə üzvlərinə bir söz desə, anasını yenə döyəcəyi ilə hədələyirmiş. Mənbənin verdiyi xəbərə görə, M. Mirzəyev 1960-cı il təvəllüdlüdür. Seksual manyak dəfələrlə öz gəlininə qarşı da seksual xarakterli hərəkətlər edirmiş. O, Bakıxanov qəsəbə ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Bu hadisənin Sabunçu rayon polis idarəsi və rayon prokurorluğundan indiyədək ictimaiyyətə açıqlanmamasının səbəbi məhz xəbərin cəmiyyətdə rezonans doğuracağı ilə bağlı olub. Artıq seksual manyak barədə həbs-qəti imkan tədbiri seçilib. Qeyd edək ki, M. Mirzəyevin bu nikahdan 4 övladı var. Onlardan 3-ü oğlan, sonuncusu isə qız imiş.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB