Madonnanın kompüterini qıran İsrail müğənnisi 14 ay həbs cəzası aldı
Bizi izləyin

Hadisə

Madonnanın kompüterini qıran İsrail müğənnisi 14 ay həbs cəzası aldı

“American İdol” şousunun yerli analoqunda üç il əvvəl iştirak edən israilli müğənni Adi Lederman 14 ay azadlıqdan məhrum olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Lederman Madonna da daxil olmaqla bir neçə müğənninin kömpüterini qırmaqda günahlandırılıb.

Otuz doqquz yaşlı Lederman şəxsi həyata müdaxilədə və müəllif hüquqları haqqında qanunların pozulmasında günahını etiraf edib.

Lederman 2015-ci ilin yanvarında aparılan araşdırmalardan sonra həbs edilib. Onun həbs edilməsində FTB İsrail hakimiyyətinə yardım göstərib. Polis bildirib ki, Lederman kompüterlərin qırılması ilə oğurlanan mahnıların satışında şübhəli bilinir.

Qeyd edək ki, 2014-cü ilin dekabrında internetdə Madonnanın hələ çıxmayan yeni albomundan mahnılar yayılıb. Müğənni bu hadisəni şəxsi və yaradıcılıq həyatına müdaxilə adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm