Şəkidəki intiharın TƏFƏRRÜATI: ərinin xəyanətini gördü, sirkə içdi (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Şəkidəki intiharın TƏFƏRRÜATI: ərinin xəyanətini gördü, sirkə içdi (YENİLƏNİB)

Şəkidə üç uşaq anası sirkə turşusu içərək intihar edib.

Yerli hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 8-də rayonun Böyük Dəhnə kənd sakini, üç uşaq anası, 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə sirkə turşusu içib.

G. Hacıyeva ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, iyulun 9-da xəstəxanada ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Kənd sakini Siyavuş Məmmədəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib. Belə ki, intihar edən G.Hacıyeva uzun müddətdir Rusiya Federasiyasında yaşayan həyat yoldaşı ilə skayp vasitəsilə danışarkən kamerada ərinin Moskvadakı həyat yoldaşını, onun uşaqlarını və öz böyük oğlunu görüb.

Bundan qəzəblənən xanım sirkə tutşusu içib və canına qəsd edib.

Qeyd edək ki, özünü öldürən xanım Böyük Dəhnə kəndindəki uşaq bağçasında texniki işçi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm