DIN Tovuzdakı qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DIN Tovuzdakı qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Tovuz rayonunun Qovlar şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Tovuz rayonunun Qovlar şəhərində Füzuli rayon sakini Nadir Məmmədovun idarə etdiyi “Mercedes” və Sumqayıt şəhər sakini Mehdi Hacıyevin idarə etdiyi “Daewoo”(avtobus) markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov və sərnişinləri arvadı Nərmin, oğlu Aslan və qızı Əsma hadisə yerində ölüb, M.Hacıyevin 8 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm