• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Özünü İslam əmiri elan edən Murad Atayevə 25 il – TƏFƏRRÜAT

  • Hadisə
  • 11 İyul 2015 16:49
  • 460 Baxış
Özünü İslam əmiri elan edən Murad Atayevə 25 il – TƏFƏRRÜAT

Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan vətəndaşı Murad Atayevin də daxil olduğu terrorçuluqda ittiham olunan qruplaşmanın məhkəməsi keçirilib.


Publika.az xəbər verir ki, qrup üzləri 27 dekabr 2013-cü il tarixdə Pyatiqorskda şəhər yol polisinin binası qarşısında partlayış törətməkdə günahlandırılırlar. Hadisə zamanı yoldan keçən üç nəfər həlak olmuşdu.

İstintaq versiyasına görə, terror hadisəsini Azərbaycan vətəndaşı Tural Atayevin rəhbərlik etdiyi “Xasavyurtovskiy sektor” qruplaşması həyata keçirib. Tural Atayev özü 2014-cü il martın 25-də Dağıstanda həlak olub.

“Kommersant” yaydığı məlumata görə, qrupun məhkəməsi dünən baş tutub.


Dövlət ittihamçı qrup üzlərinə ciddi rejimdə olmaqla 19 ildən 25 ilə qədər həbs cəzası istəyir. Lakin M. Atayevin vəkili buna etiraz edərək istintaqın təqsirləndirilən şəxslər haqda yetərincə fakta malik olmadığını bildirib. Vəkil qruplaşma üzvlərinəm işgəncə verildiyini də dilə gətirib. Lakin dövlət ittihamçısı bununla razılaşmayıb və istədiyi cəzanı verilməsi üçün hakimə müraciət edib.


Hakim son qərarı açıqlamaq və müqəssirlərə son söz vermək üçün məhkəməni başqa vaxta keçirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR