Ermənilər Tərtərdə yanğın törədib
Bizi izləyin

Hadisə

Ermənilər Tərtərdə yanğın törədib

Ötən gecə Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində yenidən yanğınlar törədiblər.

Publika.az xəbər verir ki, əvvəlcə keçmiş Ağdərə rayonunun işğal altında olan Qızıloba kəndinin ərazilərinə od vurulub.

Sonra alov qısa müddət ərzində genişlənərək Tərtərin Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb. Yerli sakinlərin və Tərtər yanğınsöndürmə briqadalarının birgə səyi nəticəsində sözügedən yaşayış məntəqələrinin əkin sahələrinə zərər dəyməyib. Yanğın bu dəqiqələrdə də davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm