Hadisə
Saxta MTN-çilər tutuldu
Bakı şəhər sakini Daxili İşlər Nazirliyinə (DİN)
müraciət edərək özlərini Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon
400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ
keçirdiklərini bildirib.
DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
faktla bağlı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanıb.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə
Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan
Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin bu il
mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində
zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısını kəsərək onu Xətai
rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli
miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ
keçirdikləri öz təsdiqini tapıb.
Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun
"Ulduz" stansiyasının yaxınlığında yerləşən obyektlərin birində
qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan
yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ
keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar
dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.
Vətəndaşın müraciəti əsasında qaldırılan cinayət işi rəhbərliyin nəzarətinə götürülüb və keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə dəstə üzvlərindən 5 nəfəri saxlanılıb. Cinayətkar dəstənin digər üzvlərinin də tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır