Zavoddakı partlayışda yaralananlardan daha biri öldü
Bizi izləyin

Hadisə

Zavoddakı partlayışda yaralananlardan daha biri öldü

İyulun 7-si Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Telemexanika” zavodunda baş verən partlayışda yaralananlardan daha biri dünyasını dəyişib.

Yanıq Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, vəfat edən şəxs 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızıdır. O, bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Daha əvvəl, İyunun10-da Hərbi zavoddakı partlayışda xəsarət alan və adıçəkilən mərkəzə yerləşdirilən 1971-ci il təvəllüdlü Səttarova Xatirə də dünyasını dəyişib.

Bununla da hadisədə ölənlərin sayı 3-ə çatıb.

İlk ölüm faktı hadisə baş verən gün qeydə alınmışdı. Zavodun 3-cü sexində baş verən partlayışda Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızı aldığı xəsarətlərdən Bakıya gətirilməmiş ölmüşdü.

Şirvan şəhərində baş verən hadisə nəticəsində 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, onlardan 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılmışdı.

Lakin yaralananlardan 4-nün vəziyyəti ağır oldüğü üçün Bakıya gətirilərək Yanıq Mərkəzinə yerləşdirilmişdi. Halhazırda Mərkəzdə qalan iki xəstənin vəziyyəti sabit-ağır kimi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm