Bakıda saxta nömrəli avtomobil saxlandı
Bizi izləyin

Hadisə

Bakıda saxta nömrəli avtomobil saxlandı

Bakıda bir neçə nömrə nişanı ilə idarə olunan avtomobil saxlanıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, DİN Növbətçi Hissələri İdarə Xidmətinin Təhlükəsizlik Şəhər Xidməti, DİN Çevik Polis Alayı və Yasamal RPİ 29-cu PB əməkdaşlarının apardıqları birgə tədbirlər nəticəsində iyulun 13-ü saat 22 radələrində R.Feyzullayevə məxsus “Toyota” markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “KIA Cerato” markalı avtomobil Yasamal rayonunda aşkar edilib.

Qeyd edilən avtomobilin Bakı şəhər sakini Ədalət Əsgərova məxsus olması müəyyən edilib. Avtomobilin yük yerinə baxış zamanı bir ədəd tranzit və başqa avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm