Balakəndə tək yaşayan qadını oğlunun dostu...
Bizi izləyin

Hadisə

Balakəndə tək yaşayan qadını oğlunun dostu...

Balakən rayon sakini, 1988-ci il təvəllüdlü Amil Tahirov həmkəndlisi Sevda Məmmədovanı (ad şərtidi - H. Z.) zorlamağa cəhd edib.

Publika.az xəbər verir ki, hadisə ötən ilin oktyabrında rayonun Kortala kəndində baş verib.

Həmkəndlisi Sevda Məmmədovanın əri və iki oğlunun Rusiyada yaşadığını bilən Amil onunla yaxınlıq etmək qərarına gəlib. Bu məqsədlə Amil Tahirov bağlı qapının üstündən aşaraq Sevda Məmmədovanın həyətinə girib və həyətdə onunla qarşılaşıb.

Dostunun anasını...

Sevda oğlu Emilin dostundan həyəti tərk etməsini tələb edib və pilləkənlərlə evə qalxıb. Bu zaman Аmil qəfildən arxadan qadına yaxınlaşaraq onu zorlamaq üçün güclə yataq otağına salıb. Amma Sevda ilə yatmaq istəyinə nail ola bilməyib. Amil Tahirov soyunarkən qadın onun barmağını dişləyib. Amil ağrıdan özünə gələnə kimi qadın onun əlindən çıxaraq həyətə qaçıb. Amma oğlunun dostu niyyətindən vaz keçməyib. Özünü qadının arxasınca həyətə tullayıb və onun kürəyindən yumruqla zərbə endirib.

Amil Tahirov zərbənin təsirindən yerə yıxılan qadının paltarlarını cırmağa başlayıb. Amma səs-küyə özlərini yetirən qonşular Sevdanı gözü qızmış Amilin əlindən alıblar.

Sevda xəstəxanaya, Amil həbsxanaya aparılıb. Dostunun anasına göz dikdiyinə görə, Cinayət Məcəlləsinin 29, 149.3.2-ci (zorlamaya cəhd, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

“Məqsədim Sevdanı zorlamaq deyildi”

Şəki Ağır Cinayətlər Məhkəməsində ifadə verən Amil elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, həmin gün axşamtərəfi pivə içib. Sonra dostunun anasına baş çəkib:

“Emilin 4-5 min manat qumаr borcu оlub. Onunla kənddə dostluq edirdik. Sevda Emilin həmin pulları mənim ucbatımdan uduzduğunu deyirdi. Onun arxamca əsassız olaraq danışması məni narahat edirdi. Məsələni aydınlaşdırmаq üçün Sevdanın evinə gəlmişəm. Amma o, yenə də məni günahlandıraraq üstümə yeridi. Mən də onu itələyərək evimizə qayıtdım”.

Sevdaya heç bir xəsarət yetirmədiyini deyən Amil, qadının əlindəki kəsiklərin həyətində bıçaqla işlədiyi zaman yarandığını söyləyib.

“Amil oğlumun sinif yoldaşıdır”

Zərərçəkmiş Sevda Məmmədovanın ifadəsi isə Amilin yalanını üzə çıxarıb:

“2005-06-cı illərdə Rusiayada infarkt keçirib yatağa düşmüşəm, 1-ci qrup əliləm. 12-13 ildir həyat yoldaşımdan ayrılmışam. Ərim və iki oğlum Rusiyada yaşayır. Mütəmadi olaraq müalicə alıram və Balakən rayon mərkəzi xəstəxanasında qeydiyyatdayam. Amil oğlum Emilin sinif yoldaşıdır, evimizə gediş-gəlişi olan bir şəxsdir.

“Camaat nə deyər, mən tək qadınam”

Axşamtərəfi idi. Darvazadan səs gəldi. Səsə həyətə düşdüm. Xurma ağaclarının arxasından oğlumla bir sinifdə oxuyan Amili mənə tərəf gəldiyini gördüm. Ona irad tutdum ki, a bala, bu necə gəlməkdi, sən darvazanın üstündən tullanıb gəlirsən, bəs camaat nə deyər, mən tək qadınam. Amil dedi ki, elə-belə, halını xəbər almağa gəlmişəm. Dedim, bala get halımı xəbər almaq üçün gündüz gələrsən. Pilləkənlərlə evə qalxarkən qəfildən məni içəri itələdi”.

“Dedim ki, anan yaşındayam”

Otaqda baş verənləri çılpaqlığı ilə danışan Sevda Məmmədova bibaırçılıqdan xilas olmaq üçün Amilin barmaqlarını dişləyib və küçəyə qaçıb: “Arxamca həyətə çıxdı. Saçlarımdan yapışıb məni yerə yıxdı. Dedim ki, a bala, mən sənin anan yaşındayam, sən mənim oğlumun dostusan, belə eləmə. Lakin sözlərimə əhəmiyyət vermədi. Əksinə, daha da aqressivləşdi, məni nalayiq sözlərlə söydü. Əynimdə olan paltarları cırmağa başladı. Onu itələyib qapıya tərəf qaçdım. Pilləkənin axırında mənə çatıb kürəyimə yumruq vurdu.

“Amil özünü itirdi”

Amil zorla paltarlarımı soyunduraraq məni bağda zorlamaq istədi. Amma müqavimət göstərib əlindən çıxdım və qonşumuz Fatmanı köməyə çağırdım. Fatmanın səsini eşidən Amil özünü itirdi və ara qapıdan qonşuya keçdi”.

Məhkəmənin hökmü ilə Amil Tahirov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Günahsızlığını sübut etməyə çalışan Amil Tahirov apelyasiya şikayəti versə də məhkəmə onun tələbini rədd edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm