• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Krımda erməni azərbaycanlını qətlə yetirib

  • Hadisə
  • 16 İyul 2015 10:52
  • 477 Baxış
Krımda erməni azərbaycanlını qətlə yetirib

Yaltada erməni həmyerlimizi qətlə yetirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində yerləşən “Puşkinski” bazarında baş verib.

Krımın azərbaycanlı icmasının başçısı Rəhim Hümbətovun sözlərinə görə, qətlə yetirilən 1988-ci il təvəllüdlü Mehdiyev Rahil Abdülrəhman oğlu, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini olub.

Şahidlərin sözlərinə görə, erməni digər bir ermənidən yarım kiloqram çiyələk oğurlayarkən bunu azərbaycanlı görüb. Oğurluğa görə azərbaycanlıdan utanan erməni onu qətlə yetirmək qərarına gəlib. Mərhumun dostlarından biri deyib: “Satıcı erməni əsəbiləşdi və çiyələyi oğurlayan digər ermənini mübahisəyə çağırdı. Bazarda baş verən hadisəyə Rahil Mehdiyev müdaxilə etdi. Erməni Rahili söyüb hədələdi. Həmin erməni getdi və bir müddətdən sonra iki erməni ilə əlində bıçaqla qayıtdı. Rahil hər iki erməninin əlindən bıçağı ala bilsə də, üçüncü erməni bıçağı onun ürəyinə sancdı. Hadisə yerindən qaçan ermənilər onun boyunbağısını və digər qiymətli əşyalarını götürüblər. Aldığı yaradan Mehdiyev vəfat etdi. Gecə saat 1-ə kimi küçələrdə həmin erməniləri axtardıq, lakin tapa bilmədik”.

Hazırda Rahil Mehdiyevin qətlə yetirilməsi ilə bağlı cinayət işi qaldırılıb və caniləri 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR