Ukraynada ermənilər azərbaycanlı gənci qətlə yetirdi - VİDEO
Bizi izləyin

Hadisə

Ukraynada ermənilər azərbaycanlı gənci qətlə yetirdi - VİDEO

Oğurluğa görə qınanan erməni azərbaycanlını öldürdü.

Ukraynada soydaşlarımızla ermənilər arasında dava düşüb. Kütləvi davada bir azərbaycanlı qətlə yetirilib.

Kütləvi dava "Puşkinski" bazarında qeydə alınıb. Zərdab rayonundan olan 27 yaşlı Rahil Əbdülrəhman oğlu Mehdiyev bazarda öz həmyerlisindən oğurluq edən ermənini görüb və ona reaksiya verib. Onun bu davranışı mübahisəyə səbəb olub. Əvvəlcə ərazidən uzaqlaşan erməni az sonra hadisə yerinə bıçaqla silahlanmış üç həmyerlisi ilə dönüb. Hələlik adı müəyyənləşməyən erməni Rahil Mehdiyevi ürək nahiyəsindən bıçaqlayıb. Həmyerlimiz aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Şahidlərin sözlərinə görə, ermənilər hadisə yerindən qaçarkən azərbaycanlının üzərindən qızıl boyunbağını və digər qiymətli əşyaları götürüblər. Davanın miqyası genişlənsə də, Ukrayna poilisi hadisənin qarşısını ala bilib. Lakin qatili tapmaq mümkün olmayıb.

Hazırda qatilin axtaşları aparılır. Hadisə ilə bağlı açıqlama verən Ukrayna hüquq mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində xüsusi əməliyyat qrupunun yaradıldığını bildirib. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm