Maşın ağaca çırpıldı sürücü yerindəcə öldü - ŞƏKİDƏ
Bizi izləyin

Hadisə

Maşın ağaca çırpıldı sürücü yerindəcə öldü - ŞƏKİDƏ

Şəki rayonu, Sarıca kəndində minik avtomobili ağaca çırpılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 1958-ci il təvəllüdlü Balaağayev Saməddin Kamaləddin oğluna məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü S.K.Balaağayev ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış S.K.Balaağayevin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm