26 yaşlı gənc özünü asdı
Bizi izləyin

Hadisə

26 yaşlı gənc özünü asdı

Masallıda intihar hadisəsi baş verib. Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Masallı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Çaxırlı kəndində anadan olan, Sarı Cəfərli kəndində yaşayan 1989-cu il təvəllüdlü Nəzər Behbudov özünü Ramazan bayramının ikinci günü asıb.

Ailəsi onun asılmış meyitini iyulun 18-i axşam saat 22 radələrində Çaxırlı kəndində yaşadığı evin həyətindəki yarımtikilidə aşkar edib.

Prokurorluqdan onu da qeyd etdilər ki, özünü öldürən şəxsin ailəsi ilə heç bir problemi olmayıb. Lakin o, əsəb xəstəliyindən əziyyət çəkirmiş və bu xəstəlikdən də bir müddət müalicə alıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda istintaq başlanıb, araşdırma davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm