Əli Kərimin oğlu gənc yaşda dünyasını dəyişdi
Bizi izləyin

Hadisə

Əli Kərimin oğlu gənc yaşda dünyasını dəyişdi

Azərbaycanın görkəmli şairlərindən olan Əli Kərimin oğlu Orxan Kərimov bu gün axşam 20:00 radələrində dünyasını dəyişib.

Bu barədə Axar.az-a O.Kərimovun yaxın dostu, tənqidçi Cavanşir Yusifli məlumat verib. C.Yusiflinin sözlərinə görə, Orxan uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirdi.

Qardaşı Paşa Kərimov bildirib ki, dəfn mərasimi sabah saat 14:00-da keçiriləcək. Onun Qurd Qapısı qəbiristanlığında dəfni nəzərdə tutulub. Hüzr mərasimi isə O.Kərimovun öz evində (“Nizami” metrostansiyasının yaxınlığı) veriləcək.

Qeyd edək ki, Orxan Kərimov Təhsil Nazirliyində şöbə müdiri işləyib. 2011-ci ildə rüşvət ittihamı ilə həbs olunub. Prezidentin sərəncamı ilə azadlığa çıxıb.

3 dəfə ürək əməliyyatı keçirən O.Kərimovun səhhəti 2012-ci ildə - sonuncu əməliyyatdan sonra tez-tez problem yaradırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm