• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Turizm şirkətinin rəhbəri dələduzluqda günahlandırılır

  • Hadisə
  • 22 İyul 2015 14:00
  • 840 Baxış
Turizm şirkətinin rəhbəri dələduzluqda günahlandırılır

Bakıda “İnter Travel” turizm şirkətinin direktorunun bir qrup vətəndaşa qarşı dələduzluq etməsi ilə bağlı polisə ərizə daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, “İnter Travel” şirkətinin direktoru, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Elnur İsmayıl oğlu Əliyevin etibardan sui-istifadə etməsi ilə bağlı onlara ərizə verilib.

Ərizədə iddia olunur ki, cari ilin fevral-iyul aylarında İ. Əliyev etibardan sui-istifadə edərək İran İslam Respublikasının vətəndaşı Taleh Kərim oğlu Mahmmouididən 4500 manat alaraq qaytarmayıb. Bundan başqa, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səməd Hacı oğlu Əzizovdan 2800 manat, 1982-ci il təvəllüdlü İsa Ənvər oğlu Əliyevdən 3600 manat, İradə Valeh qızı Quliyevadan 3268 manat, 1983-cü il təvəllüdlü Rauf Vidadi oğlu Xəlilovdan 1470 manat, 1991-ci il təvəllüdlü Günel Əbdülhüseyn qızı Gülhüseynovadan 1700 manat, 1971-ci il təvəllüdlü Xaliq Ramazan oğlu Bağırovdan 4500 manat, 1990-cı il təvəllüdlü Elman Bəylər oğlu Xanlarovdan 4200 manat, 1980-ci il təvəllüdlü Ağa Əli oğlu Abbasovdan 5200 manat, Xırdalan şəhər sakini, Fərhad Kərimovdan 1500 manat alaraq qaytarmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR