Göygöldə polisləri döyənlər saxlanıldı
Bizi izləyin

Hadisə

Göygöldə polisləri döyənlər saxlanıldı

Göygöl rayonu ərazisində sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün 3 nəfər zərərsizləşdirilərək saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 20-si saat 20 radələrində Göygöl rayonunun Çaylı kəndində, kənd sakinləri Rəşid Əliyev, oğlu Rəşad və yaxın qohumları Rövşən Həsənov sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün ərazidə xidməti vəzifələrini yerinə yetirən RPŞ-nin əməkdaşları Habil Əliyev və Ramin Həmidov onları intizama dəvət ediblər. Polisin qanuni tələbinə riayət etməyən qayda pozucuları öz qanunazidd hərəkətlərini davam etdirərək asayış keşikçilərinə qarşı fiziki zor tətbiq ediblər. Dərhal görülmüş tədbirlər nəticəsində onların hər 3-ü zərərsizləşdirilərək saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğunda CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm