Turistlər Bakıda metroda öpüşdülər, sonra da üzr istədilər - FOTO
Bizi izləyin

Hadisə

Turistlər Bakıda metroda öpüşdülər, sonra da üzr istədilər - FOTO

Dünən iki nəfər “Sahil” metrostansiyasında öpüşüb.

Publika.az xəbər verir ki, Ukraynadan olan qızla ingilis oğlan ətrafdakılara məhəl qoymadan metro stansiyasında öpüşməyə başlayıblar. Bunu görən polis əməkdaşlarından biri gənclərə yaxınlaşaraq onların bu hərəkətlərinə narazılığını bildirib.

Gənclərlə söhbət zamanı məlum olub ki, onlar turistdirlər. Ukraynalı qızla onun ingilis segvilisi iki həftədir Bakıda qonaqdırlar. Həmin vaxt stansiyada olanlar ictimai yerdə öpüşməyin xoş qarşılanmadığını bildiriblər. Turistlər bu haqda məlumatsız olduqlarını deyərək hər kəsdən üzr istəyiblər.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm