FHN 2 nəfəri xilas etdi
Bizi izləyin

Hadisə

FHN 2 nəfəri xilas etdi

Suda batmaq təhlükəsi ilə üzləşən iki vətəndaş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Nazirliyin digər məlumatına əsasən, batmaq təhlükəsi ilə üzləşmiş digər şəxs Abşeron rayonunda (xilasetmə məntəqəsindən 750 metr solda, nəzarətsiz ərazidə) çimərkən aşkarlanıb. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm