Lənkəranda yük maşını dərəyə aşdı, ölən və yaralanan var
Bizi izləyin

Hadisə

Lənkəranda yük maşını dərəyə aşdı, ölən və yaralanan var

Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə iyulun 22-də, saat 14.50 radələrində rayonun dağlıq Gəgiran kəndinin Piədi ərazisində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Zamin Rza oğlu Əliyevin idarə etdiyi “QAZ-66” markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Nəticədə maşının sürücüsü və yanındakı sərnişini, Gəgiran kənd sakini, 1973-cü il təvəllüdlü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınında dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yola salınıb. Lakin M.Axundov yarı yolda dünyasını dəyişib. MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş sürücü Z. Əliyevin də vəziyyəti ağır qiymətləndirilir.

İlkin versiya kimi hadisənin maşındakı texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalar başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm