ŞOK: Ağstafada ev öz-özünə yanır - VİDEO
Bizi izləyin

Hadisə

ŞOK: Ağstafada ev öz-özünə yanır - VİDEO

Ağstafanın Qırılı kəndində, Nurəli Əsgərova məxsus evdə qeyri-adi hadisə baş verib.

Publika.az "Xəzər" televiziyasına istinadən xəbər verir ki, ev öz-özünə yanıb. Alovu söndürmək üçün yanğınsöndürənlər də çağrılıb.Alov ram edilsə də, bir neçə saat sonra digər otaqlarda yenidən başlayıb.

Evin hər iki mərtəbəsində yanğın baş verdiyindən bütün əşyalar həyətə çıxarılıb.Sakinlər evdə yatmağa da qorxurlar.Ailə üzvləri əvvəl alovun ehtiyatsızlıqdan baş verdiyini düşünsələr də,ikinci mərtəbədəki otaqlarda qeydə alınan yanğın onları təəccübləndirib.Həmin otaqda elektirik və qaz xəttləri olmadığından yanğının səbəbi onlar üçün qaranlıq qalır.

Son vaxtlar qərb bölgəsinin sakinləri belə qeyri-adi yanğınlara daha çox şahidlik edirlər.əşyalırın qəfildən alovlanması Ağstafa ilə yanaşı Tovuz və Qazax rayonlarında da baş verib. Amma hələ də, səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm