Xaçmazda iki bacı dənizdə batdı
Bizi izləyin

Hadisə

Xaçmazda iki bacı dənizdə batdı

Xaçmaz rayonunun Niyazabad kəndində iki bacının Xəzər dənizində batması ilə nəticələnən bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Rəhimxanova Gülxanım və onun bacısı 1960-cı il təvəllüdlü Rəhimxanova Naibə naməlum səbəbdən dənizdə boğulublar.

Hazırda mərhum bacıların cəsədləri sudan çıxarılaraq Xaçmaz Rayon Xəstəxanasının morquna yerləşdirilib.

Xaçmaz rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ölüm hadisəsinin səbəbləri aparılacaq tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, dünyasını dəyişən bacılardan biri Xaçmaz Rayon Xəstəxanasında tibb bacısı olub.

Xatırladaq ki, bundan əvvəl iyulun 15-də Bakı sakini Xəzər dənizinin ərazidəki sahil sularında boğularaq dünyasını dəyişib. Rəhimxanova bacılarının ölümü ilə bölgədə dənizdə bataraq ölənlərin sayı 4-ə çatıb.

Bir neçə gün öncə Bakı şəhər Xətai rayon sakini 1957-ci il təvəllüdlü Seymur Əmir oğlu İsmayılov dənizdə çimərkən batıb. Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin ehtimallara görə, mərhum çimərkən boğulub lakin, dəqiq səbəbin araşdırılması üçün Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm