DİN-dən dələduz şirkət rəhbəri barədə AÇIQLAMA
Bizi izləyin

Hadisə

DİN-dən dələduz şirkət rəhbəri barədə AÇIQLAMA

Daxili İşlər Nazirliyi dələduzluqda günahlandırılan şirkət rəhbəri barədə məlumat yayıb.

Nazirlikdən Publika.az-a daxil olan məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "İnter Travel" şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm