Bakıda ər arvadını öldürmək istədi - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Bakıda ər arvadını öldürmək istədi - YENİLƏNİB

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən kütləvi dava ilə bağlı rəsmi məlumat yayıb.

Publika.az xəbər verir ki, iyulun 23-də saat 15 radələrində paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “Meridian” şadlıq sarayının yaxınlığında Quliyev Sənan Əli oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla arvadı Hüseynova Vüsalə Vüqar qızını qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib.

Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, həmin cinayətin törədilməsində şübhəli bilinən S.Quliyev tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm