Bakıda binada yanğın baş verib, xəsarət alan var
Bizi izləyin

Hadisə

Bakıda binada yanğın baş verib, xəsarət alan var

Bakı şəhəri, Pirallahı rayonunda kommunal tipli ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 27 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 8 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və yanğınsöndürənlər tərəfindən xilas olunaraq təcili yardım xidmətinə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm