Gəncədə sərxoş qonşuların davası qanla bitdi
Bizi izləyin

Hadisə

Gəncədə sərxoş qonşuların davası qanla bitdi

Baş vermiş hadisədə ata və oğul bıcaqlanıb, digər qonşu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Gəncə şəhər Baş Polis İdarəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə iyulun 25-də axsam saatlarında Gəncənin 38-ci hərbi şəhərcikdə baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Ramil Əliyev qonşusu 1973-cü il təvəllüdlü Rəhman Qənbərovla mübahisə edib. İki qonşu arasında yaranan mübahisə zamanı Rəhmanın oğlu Elnur Əliyev mubahisəyə qoşularaq Ramili döyüb. Bu zaman Ramil bıçaqla onu döyən ata və oğulu bıçaqlayıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirildi ki, yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin muvafiq maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm