Hava Hücumundan Müdafiə Qoşunlarımızın döyüş hazırlığı yoxlanılıb - FOTO
Bizi izləyin

Hadisə

Hava Hücumundan Müdafiə Qoşunlarımızın döyüş hazırlığı yoxlanılıb - FOTO

Silahlı Qüvvələrimizin Hava Hücumundan Müdafiə Qoşunları döyüş hazırlığı vəziyyətinə gətirildi.

Publika.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.

Təlim-döyüş tapşırığının yerinə yetirilməsi düşmənin təyyarə, helikopter, PUA, o cümlədən onun silahlanmasında olan və perspektivdə ola biləcək ballistik və qanadlı raketlərinin məhv edilməsi üçün nəzərdə tutlan “Buk-MB” tipli zenit-raket komplekslərinin müxtəlif rejimlərdə istifadəsinin yoxlanılması ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı şərti düşmənin hava hədəfləri imitatorları aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.












Oxumağa davam et
Reklam
Reklam

Gündəm