Bakıda toyda dava düşdü
Bizi izləyin

Hadisə

Bakıda toyda dava düşdü

“Anar” şadlıq evində keçirilən toy mərasimində kütləvi dava baş verib.

Hadisə şahidinin Axar.az-a verdiyi məlumata görə, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Anar” şadlıq evində keçirilən toya dəvət edilən qonaqlar arasında baş verən kütləvi davanı sakitləşdirmək mümkün olmadığından, hadisə yerinə polis çağırılıb. Hazırda çoxsaylı Post Patrul Xidməti əməkdaşının hadisə yerində olduğu bildirilir.

Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsindən Axar.az-a faktı təsdiqləsələr də, əlavə məlumat verilmədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm