Qazaxda 75 yaşlı qadın su kanalına düşdü
Bizi izləyin

Hadisə

Qazaxda 75 yaşlı qadın su kanalına düşdü

Qazax rayonunda 75 yaşlı qadın kanala düşərək dünyasını dəyişdi.

Qazax rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə iyulun 26-da Qazax rayonunun Qarapapaq kəndində baş verib.

Qarapapaq kənd sakini 1940-cı il təvəllüdlü Tamella Babayeva ehtiyatsızlıqdan su kanalına yıxılaraq dünyasını dəyişib.75 yaşlı qadının meyiti Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sudan çıxarılıb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm